Finlandiya uzun müddətdir ki, ərazisində nüvə silahına qoyulan qadağanı ləğv etməyi planlaşdırır və hökümət bu addımın ölkənin NATO-nun çəkindirmə siyasətinə daha yaxından uyğunlaşdıracağını bildirir.
Müdafiə naziri Antti Hakkanen Rusyanın 2022ci ildə Ukraynaya tammiqyaslı hücumu başlayandan bəri Finlandiya və Avropanın təhlükəsizlik mühiti “köklü və əhəmiyyətli dərəcədə dəyişib”.
Skandinaviya ölkəsi Rusyanın yaratdığı təhlükə ilə bağlı artan narahatlıqlara görə 2023cü ildə NATO-ya qoşulmaq üçün onilliklər boyu davam edən hərbi neytrallıqdan imtina etdi.
Finlandiyanın 1987-ci il Nüvə Enerji Qanununa əsasən, Finlandiya torpağında nüvə partlayıcı maddələrin idxalı, istehsalı, saxlanması və partladılması qadağındır. Həttə müharibə dövründə belə.
Hakkanen bildirib ki, hökümət təklifi bunu dəyişdirəcək və “Finlandiyaya nüvə silahı gətirməyi və ya Finlandiyanın hərbi müdafiəsi ilə əlaqəlidirsə, Finlandiyada daşınmasını, çatdırılmasını və ya saxlanılmasını mümkün edəcək”.
O, cümə axşamı keçirilən mətbuat konfransında bildirilib ki, “Dəyişiklik Finlandiyanın hərbi müdafiəsini alyansın bir hissəsi kimi təmin etmək, NATO-nu çəkindirmək və kollektiv müdafiəsindən tam isdifadə etmək üçün zəruridir.”
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC
Gundelik.az
