İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

MEDİA-nın kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.

Gundelik.az xəbər verir ki, soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.