2026cı il fevralın 26 sı XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı Soyqırımının 34 cü il dönümü dərin hüznlə anılır. Xocalı soyqırımı xalqımızın yaddaşına silinməz iz saldı. Həmin gecə baş verənlər təkcə bir şəhərin deyil, bütöv bir millətin taleyinə ağır zərbə vurdu. “Hasanzadeh Events Group” Xocalı abidəsini dərin hörmət və ehtiramla yad edib, abidənin önünə gül dəstələri qoydular. Təşkilatın rəhbəri Şəfəq Həsənzadə:
“Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, eyni zamanda bütün insanlığa qarşı yönəlmiş vəhşilik aktıdır. Biz Xocalı Soyqırımı qurbanlarının əziz xatirəsi qarşısında baş əyirik. Onların qanı yerdə qalmadı və qalmayacaq. Xocalı qurbanlarının xatirəsi hər zaman qəlbimizdə yaşayacaq, onların əziz ruhu xalqımızın birliyində , gücündə və qətiyyətində təcəssüm olunacaq”. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Gundelik.az
