İyul 8, 2026
Baku
Dünya Hadisə Xəbərlər

ABŞ Sakit okeanda gəmini vurdu

Fevralın 9-da ABŞ Şərqi Sakit okeanda narkotik qaçaqmalçılığı ilə məşğul olan şübhəli gəmini vurub, iki nəfər ölüb.

Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Cənub Komandanlığı məlumat verib.

“Kəşfiyyat gəminin Şərqi Sakit Okeandakı məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik ticarəti üçün istifadə edildiyini təsdiqləyib”, – məlumatda deyilir.

Komandanlıq həmçinin gəmidəki insanlardan birinin sağ qaldığını bildirib və hərbçilər axtarış-xilasetmə əməliyyatı aparmaq üçün ABŞ Sahil Mühafizəsinə məlumat veriblər.