Pakistanın paytaxtı İslamabadda məsciddə cümə namazı zamanı partlayış baş verib.
Gundelik.az “Geo News”a istinadən xəbər verir ki, partlayış nəticəsində ən azı 15 nəfər həlak olub, 80-dən çox insan yaralanıb.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisə yerində polis və xilasedicilər çalışır.
