İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

20 Yanvar şəhidlərinə hörmət nümunəsi: Hasanzadeh Events Group-dan anım mərasimi

20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur.

 

2026-cı il yanvarın 20-də Azərbaycan xalqının tarixində dərin iz buraxmış 20 Yanvar faciəsinin 36-cı ildönümü qeyd olunur. Bu tarix xalqımızın azadlıq, müstəqillik və milli ləyaqət uğrunda apardığı mübarizənin simvoludur.

“Hasanzadeh Events Group” 20 Yanvar şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarlar üzərinə cüt qərənfillər qoydu. Təşkilatın təsisçi-direktoru Şəfəq Həsənzadə: “Həmin gecə göstərilən qəhrəmanlıq Azərbaycan xalqının müstəqillik yolunda sarsılmaz iradəsini nümayiş etdirmiş və tariximizdə silinməz iz qoymuşdur.

Şəhidlərimizin fədakarlığı bu gün də milli birliyimizin, azad və suveren dövlətimizin mənəvi təməlini təşkil edir. Onların xatirəsi daim qəlbimizdə yaşayacaq, göstərdikləri şücaət gələcək nəsillər üçün örnək olacaqdır”.

           

Gundelik.az