İyul 8, 2026
Baku
Ölkə Siyasət Xəbərlər

Milli Məclisin 2025-ci il payız sessiyası başa çatıb

Milli Məclisin 2025-ci il payız sessiyası başa çatıb.

Gundelik.az xəbər verir ki, parlamentin sədri Sahibə Qafarova payız sessiyasını bağlı elan edib.

Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bununla da Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası işini başa vurub.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlament yanvar ayının 1-dən 15-dək tətildə olacaq və deputatlara məzuniyyət veriləcək. Nizamnaməyə əsasən, parlamentin 2026-ci il yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçirilməlidir.