İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Şükürbəylinin drenaj və kanalizasiya sisteminin 7 milyona tikiləcəyi proqnozlaşdırılır

Cəbrayıl rayonunun Şükürbəyli kəndinin sel və yağış sularından mühafizə tədbirləri ilə əlaqədar drenaj və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılır.

Bu barədə Gundelik.az Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan məlumat əldə edib.

Layihədə yaşayış məntəqəsinin sel və yağış sularından mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində müvafiq istinad divarlarının, körpülərdə, yollarda, küçələrdə drenaj və kanalizasiya şəbəkəsinin tikintisi nəzərdə tutulub.

Layihənin maliyyə dəyəri isə 7 milyon 150 min manat proqnozlaşdırılıb.