Oktyabr 15, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

15 Oktyabr – Xalq yazıçısı, dramaturq Mirzə İbrahimovun 115 illiyi, (1911-1993)

“Onun qələmi həmişə cilalı, parlaq kəsərli, heç vaxt qınına salınmayan silahdır. Kənd olsun, şəhər olsun, müharibə, sülh olsun, ailə ya ictimaiyyət olsun, kütləvi səhnə ya qəlb aləmi olsun, həyatımızın elə sahəsi yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, ədibin səsi, sözü eşidilməsin. O, təbiətən fəal, özünə tələbkar şəxsiyyətdir”.
Mir Cəlal Paşayev
İbrahimov Mirzə Əjdər oğlu (15 oktyabr 1911 – 17 dekabr 1993) — Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim. Azərbaycan SSR xalq yazıçısı (1961), Azərbaycan SSR Elmlər Akademiyasının  akademiki (1945), SSRİ Dövlət mükafatı laureatı (1950), Azərb. SSR Dövlət mükafatı laureatı (1965), Beynəlxalq Nehru mükafatı laureatı (1979). Azərb. SSR əməkdar incəsənət xadimi (1941). Sosialist Əməyi Qəhrəmanı (1981), Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958), 1937-1991-ci illərdə SSRİ Ali Sovetinin deputatı. Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri (1946-1954), birinci katibi (1965-1975), Azərb. SSR Maarif naziri (1942-1946). Azərbaycan SSR Ali Sovetinin deputatı. SSRİ xalq deputatı (1989). Mirzə İbrahimov 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946- 1954), birinci katibi (1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965- 1975), Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini (1946-1950), Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri (1954-1958) vəzifələrində işləmişdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954). Sonralar Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975) olmuşdur. 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Qiqantlar ölkəsi” (1932), “Həyat üçün” (1934), ”Həyat (pyes)” (1938), “Böyük demokrat (Molla Nəsrəddin)” (1939), “Həyat və ədəbiyyat” (1947), “Azad” (1949), “Gələcək üçün” (1951), “Böyük dayaq (roman)” (1957), “Mədinənin ürəyi” (hekayələr) (1961), “Murovdağın ətəyində” (hekayələr) (1964), “Pərvanə” (1971), “Pərvizin həyatı” (povestlər və hekayələr) (1981), “Pərvanə” (roman) (1984), “Gələcək gün” (roman) (1984), “Tufanlara kömək edən bir qələm”, “Seçilmiş əsərləri” : İki cilddə (2005), “Əsərləri”: X cilddə (1983) və s. Filmoqrafiya: Böyük dayaq (film, 1962)

Gundelik.az