İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Bakıda evləri qəzalı vəziyyətə düşmüş bu şəxslərə yeni mənzillər veriləcək

Suraxanı rayonunun Zığ qəsəbəsi ərazisində baş vermiş sürüşmə zamanı qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin sakinlərinin köçürülməsi üçün yeni tikilən çoxmənzilli yaşayış binalarının su və kanalizasiya sisteminin yenidən qurulmasına sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bu barədə Gundelik.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat əldə edib.

Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Sözügedən işlərin icrası “Ensol” şirkətinə həvalə olunub və onunla müqavilə bağlanılıb.

Müqaviləyə əsasən, həmin binaların su və kanalizasiya sisteminin yenidən qurulmasına 2,8 milyon manatdan çox vəsait sərf olunacaq.