İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

25 Dekabr – Yazıçı Yusif Səmədoğlunun 90 illiyi, (1935-1998)

Yusif Səmədoğlu Azərbaycan xalqının böyük sənətkarı ölməz Səməd Vurğunun övladı və ədəbi xələfi kimi bir tərəfdən klassik irsimizə istinad edən, digər tərəfdən müasir Avropa ədəbi ənənələrindən bəhrələnmiş yaradıcılığı ilə milli ədəbiyyatımızda böyük iz buraxmış, oxucuların dərin hörmət və məhəbbətini qazanmışdır.Yüksək sənətkarlıq nümunəsi olan əsərləri Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda belə tanınır, böyük maraqla oxunur. O, vətənimizin azadlığı və müstəqilliyi uğrunda göstərdiyi ictimai – siyasi fəaliyyəti ilə Azərbaycanda milli azadlıq hərəkatının inkişafında, demokratiyanın, insan hüquqlarının bərqərar olmasında mühüm rolu olan sənətkarlardandır.

Ulu öndər Heydər Əliyev

Vəkilov Yusif Səməd oğlu – nasir, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan komsomolu mükafatı laureatı (1970), Azərbaycanın Əməkdar İcnəsənət xadimi (1980), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1990). Vəkilov Yusif Səməd oğlu 1935-ci il dekabrın 25-də Bakı şəhərində anadan olmuşdur. Moskvada Yazıçılar İttifaqı nəzdində olan M.Qorki adına Ədəbiyyat institutuna daxil olmuşdur (1953). Həmin İnstitutun IV kursundan ADU-nun filologiya fakültəsinin beşinci kursuna dəyişilmişdir (1957-1958). “Azərbaycan ” jurnalı redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1960-1965), C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinostudiyanın ssenari redaksiya heyətinin üzvü (1965-1969), baş redaktoru, “Azərbaycanfilm” kinostudiyasının direktor müavini (1969-1976), “Ulduz jurnalının baş redaktoru (1976-1987), “Azərbaycan” jurnalının baş redaktoru (1987-ci ildən) vəzifələrində işləmişdir. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (nəsr üzrə katib) seçilmişdir (1991). “220 saylı otaq” (1960), “Qalaktika” (1973), “Qətl günü” (1987) kitablarının müəllifi olmuşdur. Yusif Səmədoğlu 1998-ci il avqustun 17-də vəfat etmişdir.

Gundelik.az