ABŞ Dövlət Departamenti bildirib ki, Amerika sosial media platformalarını özlərinə qarşı olan fikirləri məhdudlaşdırmağa məcbur etməyə çalışdıqları üçün aralarında keçmiş Avropa İttifaqı (Aİ) komissarının da olduğu beş nəfərə viza verilməyəcək.
Dövlət katibi Marko Rubio açıqlamasında deyib ki, bu radikal fəallar və bəzi QHT-lər xarici dövlətlərin senzura tədbirlərini dəstəkləyiblər və hər bir halda amerikalı istifadəçiləri və ABŞ şirkətlərini hədəf alıblar.
Keçmiş Aİ texnologiya sahəsi üzrə yüksək vəzifəli rəsmi Tyerii Breton isə bunun bir “cadugər ovu” olduğunu bildirib.
ABŞ Dövlət Departamenti Bretonu Avropa İttifaqının sosial media şirkətlərinə məzmunun nəzarətini məcbur edən Rəqəmsal Xidmətlər Aktının (DSA) əsas müəllifi və ideoloqu kimi təqdim edib.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
