Yeni AB Biotexnologiya Planı tədqiqat, klinik inkişaf və istehsal işlərini Avropa İttifaqı daxilində saxlamağı hədəfləyir.
Avropa Komissiyası tərəfindən təqdim olunan yeni Biotexnologiya Qanunu biotexnologiya məhsullarının bazara daha sürətlə çıxmasını təmin edən bir çərçivə yaratmağı və bu yolla AB-nin Çin və ABŞ ilə rəqabət qabiliyyətini artırmağı hədəfləyir.
Komissiya təklifdə qeyd edib ki, Avropa İttifaqı elm və innovasiyaları kommersiya baxımından səmərəli məhsullara və genişmiqyaslı istehsala çevirməkdə digər qlobal regionlardan geri qalır.
“Səmərəli bir Biotexnologiya Qanununa ehtiyacımız var. Bu qanun Avropanı yenidən qlobal güc mərkəzinə çevirəcək, sənaye, maliyyə və tənzimləmə mühitini yaradaraq bunu mümkün edəcək”,– deyə Səhiyyə Komissarı Oliver Varhelyi bildirib.
Qanun “Avropada istehsal edilmiş” yanaşmasını təşviq etməklə sənayeni dəstəkləməyi, biotexnologiya məhsullarının inkişafını və bazara çıxışını sürətləndirməyi, həmçinin Avropanın sənaye bazasını gücləndirən layihələri mükafatlandırmağı hədəfləyir.
Mənbə: Euronews
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
