İyul 8, 2026
Baku
Dünya Xəbərlər

TikTok-un sahibi ABŞ qadağasından yayınmaq üçün razılaşma imzalayıb

TikTok-un Çinli sahibi ByteDance ABŞ-də biznesini davam etdirmək üçün ABŞ və qlobal investorlarla məcburi razılaşmalar imzalayıb. Bu barədə TikTok-un rəhbəri cümə axşamı günü əməkdaşlara məlumat verib.
Baş icraçı direktor Şou Zi Çyunun göndərdiyi bildirişdə bildirilir ki, birgə müəssisənin yarısı Oracle, Silver Lake və BƏƏ-nin investisiya şirkəti MGX daxil olmaqla investorlar qrupuna məxsus olacaq.
Razılaşmanın 22 yanvar tarixində bağlanması planlaşdırılır. Bu saziş Vaşinqtonun milli təhlükəsizlik narahatlıqları səbəbindən ByteDance-i TikTok-un ABŞ-dəki fəaliyyətini satmağa məcbur etmək istiqamətində illərdir davam edən cəhdlərinə son qoya bilər.
Saziş sentyabr ayında açıqlanan razılaşmaya uyğundur. Həmin vaxt ABŞ prezidenti Donald Tramp tətbiqin satılmaması halında qadağan edilməsini nəzərdə tutan qanunun icrasını təxirə salıb.
TikTok-un açıqlamasında qeyd olunub ki, bu razılaşma “170 milyondan çox amerikalının qlobal icmanın mühüm bir hissəsi kimi sonsuz imkanlar dünyasını kəşf etməyə davam etməsinə” imkan verəcək.
Mənbə: BBC news
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az