İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Taxtın arxasındakı güc danışdı: Trampın ətrafı necədir?

Susie Wiles Tramp administrasiyasının bəzi çatışmazlıqları və Trampın ətrafındakı şəxslərin xarakterləri haqqında açıq danışır. Ağ Evin aparat rəhbəri Susie Wiles nadir və açıq müsahibələrində ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının digər üzvləri barədə səmimi danışıb. Vanity Fairy jurnalına verdiyi müsahibələrdə Wiles  bildirib ki,  Trampın “alkoqoliklərə xas bir xarakteri var” və vitse-prezident JD Vance-i “konspirasiya nəzəriyyəçisi” adlandırıb. Vaşinqtonda “taxtın arxasındakı sakit güc” kimi tanınan Susie Wiles, Tramp administrasiyasının bəzi çatışmazlıqları haqqında açıq danışıb və prezidentin ətrafındakı şəxslər barədə dürüst qiymətləndirmə verib və administrasiyanın bəzi çatışmazlıqlarını dilə gətirib. Yazıçı Chris Whipple ilə söhbətində Wiles Elon Maskın  narkotik istifadəsi ilə bağlı fikirlər səsləndirib, vitse-prezident JD Vance-in Tramp düşərgəsinə keçməsini şübhə altına alıb, prezidentin tətbiq etdiyi tariflərin “gözləniləndən daha ağrılı” olduğunu deyib. O, həmçinin Trampın Venesuela gəmilərinə qarşı addımlarının hələ bitmədiyini irəli sürüb və prezidentin rəqiblərinə qarşı atdığı bəzi hüquqi addımların “intiqam” forması kimi dəyərləndirilə biləcəyini bildirib. Bir ildən artıq fasilədən sonra X platformasında paylaşım edən Wiles məqaləni “qərəzli şəkildə hazırlanmış hücum yazısı” adlandırıb.
Mənbə: Cbc.ca
Hazırladı: Ziyalə Əhmədli 
Gundelik.az