İyul 8, 2026
Baku
Ədəbiyyat

Televiziya və Radioda Uşaqların Gücü- Uşaqların Efir Macərası

İnsanın uşaqlıq dövrü ən xoşbəxt dövrüdür. Uşaqlar bunu bəlkə də bilməzlər. Ancaq uşaqlıq dövrünü yaşamış, həyatın ağır və çətin illərini, eləcə də çox xoşbəxt günlərini yaşamış insanlar bunu yaxşı bilirlər. Mən də belə insanlardan biriyəm. Uşaqlığın nə olduğunu yaxşı bilirəm, gəncliyin nə olduğunu və yaşlı həyatın nə olduğunu da bilirəm. Ona görə də mən sizə həqiqəti deyirəm. Həqiqət ondan ibarətdir ki, uşaqlıq dövrü insanın ən xoşbəxt dövrüdür. Mən arzu edirəm ki, müstəqil Azərbaycanın uşaqları həyatlarının bu xoşbəxt dövrünü tam firavan keçirsinlər. Biz də – Azərbaycan dövləti, hökuməti, Azərbaycan Prezidenti kimi mən də bütün xalqımızın xoşbəxtliyi uğrunda çalışaraq birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özümüzə müqəddəs vəzifə kimi qəbul etmişik. Biz bu yolda çalışırıq. Şəxsən mən hesab edirəm ki, uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq uşaqlara həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət- ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır.
Ümummilli lider Heydər Əliyev
Bu sözləri Ümummilli lider Heydər Əliyev təşkil edilmiş uşaqlarla görüşündə demişdir. 2009-cu ildən başlayaraq BMT tərəfindən hər il martın 3-də qeyd edilən Uşaqların Beynəlxalq Televiziya və Radio Günü BMT Uşaq Fondunun (UNICEF) təşəbbüsü ilə 1994-cü ilin aprelində Kann şəhərində təsis olunub. Bu gün əvvəlcə dekabrda qeyd olunsa da, 2009-cu ildən onun qeyd olunması martın ilk bazar gününə keçirilir. Baxmayaraq ki, 2011-ci ildə bu günün təşəbbüsçüsü UNICEF bu günü qeyd etmək təşəbbüsündən əl çəksə də, yenidən gəncləri televiziya proqramlarının yaradıcıları kimi cəlb etmək və gənclərin iştirakı ilə yeni layihələr yaratmaq planlarını bölüşməyə, bu günün yenidən qeyd edilməsinə çağırışlar etməyə davam edirdi. Uşaqların beynəlxalq televiziya və radio verilişləri günü kimi təsis edilən bu günün ənənəsinə görə, televiziyalar heç olmasa ildə bir gün öz verilişlərini uşaqlara həsr edir, mavi ekranı onların ixtiyarına verir. Beynəlxalq televiziya və radio verilişləri günü ona görə təsis edilib ki, televiziyalar tamaşaçılarının bir hissəsi olan uşaqlar üçün bu gün xüsusi diqqət ayırsınlar. Uşaqlar üçün mütəmadi olaraq maraqlı verilişlər hazırlasınlar. Bu verlişlər hazırlanarkən televiziyaların proqram siyasətində uşaqların maraq və istəkləri nəzərə alınsın.Televiziya uşaqları gələcəyə normal insan, cəmiyyətə isə layiqli bir vətəndaş kimi hazırlaya biləcək bir vasitədir. Çünki uşaqlar bizim gələcəyimizdir.Təbii ki, uşaqların diqqətini çəkən, onların maraq dairəsinə daxil olan vərdişlərdən biri də televiziyadır. Hər bir kanalın uşaqlar üçün ayrıca redaksiyası var və mütləq də olmalıdır. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin ənənələrə söykənərək uşaqlar üçün proqramlar hazırlaması diqqət çəkir. Bu verlişlər hazırlanarkənəsas nəzərə alınır ki, hər bir uşaq öz potensialına, marağına uyğun məşğuliyyət tapsın. Kimi müntəzəm kitab oxumağı, kimi rəsm çəkməyi, kimi musiqi alətlərində ifa etmələri ilə fərqlənə bilsin. Uşaqlar arasında aparılan yarışma və müsabiqələr də məhz bu mənada maraqlı qurulur. Bundan əlavə, hələ 1994cü ildə UNICEF, Beynəlxalq Televiziya İncəsənəti və Elmləri Akademiyasının təsis etdiyi xüsusi mükafatda vardır ki, bu mükafat həmin gün proqramı ilə öz missiyasını ən tam şəkildə təcəssüm etdirən televiziya şirkətinə təqdim olunur.
Uşaqlar üçün çox maraqlı və əyləncəli bir gün olan bu günün məqsədi televiziya sənətini uşaqlara təbliğ etmək və televiziyanı bir gün uşaqlara verməkdir. Bundan başqa onlarin özlərini sərbəst hiss etdikləri, özlərinə bayram hesab etdikləri təqvimdə xüsusi günlər qeyd edilir ki, bu günlər onların bayramlarıdır. Təkcə 1 iyun uşaqların Beynəlxalq Müdafiəsi günü yox, təqvimdə uşaqların maraqlarını müdafiə edən bir neçə əlamətdar günlər yer alır ki, bunlardan “Uşaq İxtirası Günü – 17 yanvar”, “Beynəlxalq Kitab Bağışlama Günü – 14 fevral”, Uşaqların Beynəlxalq Televiziya və Radio Verilişləri Günü – 3 mart, “Beynəlxalq Kuklaçı Günü – 21 mart”, “Beynəlxalq Uşaq Kitabı Günü – 2 aprel”, “Ümumdünya İnternet Günü – 4 aprel”, “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü – 23 aprel”, “Beynəlxalq Cizgi Filmləri Günü – 6 aprel”, “Beynəlxalq Şokolad Günü və s. qeyd etmək olar. Lakin 11 dekabr uşaqlar üçün təntənəli bayramdır. 2009-cu ildən başlayaraq hər il dekabrın 11-i qeyd edilən Uşaqların Beynəlxalq Televiziya və Radio gününün məqsədi uşaqların həyatını zənginləşdirmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və onlar üçün uşaq  hüquqları haqqında məlumatlılığın təbliğini artırmaqdır.

Uşaqların Beynəlxalq Televiziya və Radio Günü çox işıqlı və xeyirxah bayramlardan biridir ona görə ki, həmin bayram hamımızı kiçik, amma sevimli balalarımızı unutmamağa, yaşlılara isə nə vaxtsa uşaq olduqlarını xatırlatmağa səsləyən bir gündür. 1994-cü ildən dünyanın 170 ölkəsinin 200-dən çox televiziya və radiosunun qoşulduğu uşaq dalğasına “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” şirkəti də qoşulmuşdur. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın həmin bayrama qoşulmasına dair sənədi imzalamasından sonra mümkün olmuşdu. Güün əsas prinsipi odur ki, həmin gün kamera və rejissor pultu arxasında uşaqlar oturur, uşaqlar süjet çəkir və aparıcılıq edirlər. Verilişlərdə həm uşaqların problemləri qabardılır, həm də konsert proqramı nümayiş etdirilir. Bu proqram yalnız dövlət kanalları üçün nəzərdə tutulub. Vaxtilə Heydər Əliyevin imzaladığı sənəddə bu verilişin məhz AzTV vasitəsilə yayımlanacağı göstərilib. İlk verilişin adı isə bilirsiz nə olub? “Uşaqlar dünyanın sevincidir”. Verilişin adı üç dildə – Azərbaycan, ingilis və rus dillərində səsləndirilib. Ümumiyyətlə, verilişin adı bütün dünya televiziya və radioları üçün eyni olub. Sonrakı illərdə hər il adları dəyişən veriliş efirə “Uşaqlar tələb edir”, “Uşaqlar arzulayır”, “Uşaqlar təkid edir” adları ilə getmişdir. İlk dəfə verilişi tanınmış diktor Roza xanım Tağıyeva açmışdı, Bəxtiyar və Sevinc Məmmədovları aparıcılığa dəvət etmişdir. Digər ölkələrdə bu proqram çox yığcam şəkildə keçirilir. Televiziyalar ona yarım saat vaxt ayırırlar. Bizdə isə veriliş 6 saat canlı efirdə nümayiş olunurdu. Ümummilli lider Heydər Əliyevin YUNİSEF-in Bakıdakı təmsilçisi ilə ilk verilişə gəlməsi uşaqlar üçün əsl bayrama çevrilmişdi. Təxminən iki saata yaxın olkə rəhbərinin iştirak etdiyi həmin veriliş Azərbaycan radiosu ilə də yayımlanırdı. Göründüyü kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin yaradıcı kollektivi azyaşlı tamaşaçı və dinləyicilərinin yüksək ideallar ruhunda tərbiyəsində mühüm rol oynayır, balacaların mənəvi dünyasını yeni rəngarəng çalarlarla zənginləşdirmək sahəsində səylərini əsirgəmir. Ötən əsrin sonlarından BMT tərəfindən qeyd edilən dekabrın 11-i “Uşaqların Beynəlxalq Televiziya və Radio günü” göstərir ki, ölkəmizdə də uşaqlara diqqət və qayğı gündən-günə artmaqdadır.

Gəlin bir gün uşaq olaq

Ey dünyanın səadəti, şirin səsli balalar,

Ömrümüzün, günümüzün təntənəsi balalar,

Mən öpürəm ana kimi bu gün sizi balalar.

Ey göyərçin, al nəğməmi dimdiyinə çiçək tək

Uçub söylə uşaqlara – “Bayramınız mübarək!”

Qapınızı Qızıl Günəş hər səhər özü açsın.

Şöhrətiniz, hünəriniz dərə aşsın, dağ aşsın.

Gülüşünüz şən quşların nəğməsinə qarışsın.

Ey göyərçin, al nəğməmi dimdiyinə çiçəktək

Uçub söylə uşaqlara – “Bayramınız mübarək!”

11 dekabr bütün uşaqlarla yanaşı eyni zamanda böyüklərə də uşaq olduqlarını xatırladan, daim onların qayğıya ehtiyacları olduğunu və uşaqlar üçün məsulliyət daşıdıqlarını xatırladan bir gündür. Həmin gün 100-dən çox ölkənin minlərlə mərkəzi, şəhər və regional teleziya kanalları və radiostansiyaları öz efir vaxtlarını uşaqlar üçün televiziya və radio proqramlarına, bədii və cizgi filmlərinin nümayişinə həsr edir. Ona görə Beynəlxalq Uşaq Televiziya və Radio günü kiçiklərlə yanaşı böyüklərində bayramıdır demək olar.

Nərgiz Məcidova,

Metodist

Gundelik.az