İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda bu şəxslərin mənzil təminatına 2 milyon manat sərf ediləcək

Azərbaycanda əlilliyi müəyyən olunmuş şəxslər və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində növbəti addım atılır.

Gundelik.az-ın məlumatına görə, bu işlərin davamı kimi sözügedən qrupa aid şəxslər Neftçala rayonunda 20 ədəd üçotaqlı mənzillə təmin olunacaqlar.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum sözügedən şəxslərin mənzil təminatına ümumilikdə 2 milyon manat sərf olunacağını proqnozlaşdırıb.

Gundelik.az