İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Litva Belarusla sərhədini bağladı

Litva Belarusla sərhəd-keçid məntəqələrini qeyri-müəyyən müddətə bağlayıb.

Gundelik.az xəbər verir ki, bu barədə Litva Daxili İşlər Nazirliyinin Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, bazar günü saat yerli vaxtla 22:10 radələrində Belarusdan Litvaya doğru uçan hava şarları səbəbindən Medininkay və Şalçininkay sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələri və insanların gediş-gəlişi müvəqqəti olaraq dayandırılıb.

Bazar ertəsi səhərədək Litva-Belarus sərhədi bağlı qalır.

Xatırladaq ki, ötən həftə Litva Belarus ərazisindən qaçaqmal yüklü hava şarlarının daxil olmasını aşkar etdikdən sonra sərhəd keçid məntəqələrində emal prosesini üç dəfə müvəqqəti dayandırmış, eləcə də Litva-Belarus sərhədi və Vilnüs hava limanı fəaliyyətini dayandırmışdı.

Bu hadisələrdən sonra Litvanın Xarici İşlər Nazirliyi Belarusun Vilnüsdəki müvəqqəti işlər vəkilinə etiraz notası təqdim edib.

Litva prezidenti Gitanas Nauseda və baş nazir İnqa Ruqiniene isə bəyan ediblər ki, Belarusla sərhədin uzun müddətə bağlanması ehtimalı istisna olunmur.

Gundelik.az