İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Ağdamın bu kəndinin abadlaşdırılmasına 300 min manata yaxın vəsait ayrıldı

Ağdamın kənd, qəsəbə, eləcə də abidələri ilə bağlı növbəti layihənin icrasına başlanılır.

Gundelik.az-ın məlumatına görə, bu dəfə rayonun Xındırıstan kəndində abadlıq işləri aparılacaq.

Belə ki, bu işlər çərçivəsində Quzanlı qəsəbəsində daş evlər adlanan ərazidə fərdi yaşayış evləri əsaslı təmir olunacaq.

Ağdam Rayon İcra Hakmiyyəti (RİH) qeyd olunan işlərlə bağlı artıq müvafiq tədbirləri yekunlaşdırıb.

RİH sözügedən işlərin icrasını “Avtoyoltikintiservis” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə əsasən, şirkətə 283 032 manat ödənilib.

İşlərin həvalə olunduğu MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.

Gundelik.az