Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), mandatından məhrum edilir.
Gundelik.az vəzifə təyinatı ilə bağlı mandatından imtina edən deputatların siyahısını təqdim edir:
Şahin Seyidzadə (VI çağırış) – 2022-ci il martın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.
Rüstəm Xəlilov (III, IV və V çağırış) – Prezident İlham Əliyevin 4 dekabr 2019-cu il tarixli sərəncamı ilə Hacıqabul rayonuna icra başçısı təyin olunub.
Valeh Ələsgərov (III, IV və V çağırış) – 25 noyabr 2019-cu il tarixli sərəncama əsasən Ələt Azad İqtisadi Zonasının müvəqqəti idarəetmə qurumunun sədri təyin edilib.
Elşad Həsənov (V çağırış) – Prezidentin 12 noyabr 2019-cu il tarixli sərəncamı ilə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.
Muxtar Babayev (IV, V çağırış) – Hazırda Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsində çalışan Muxtar Babayev dövlət başçısının 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsinə təyin olunmuşdu.
Vüsal Hüseynov (V çağırış) – 23 aprel 2018-ci il tarixli sərəncamla Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.
Fuad Muradov (V çağırış) – 23 aprel 2018-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin olunub.
Rövşən Rzayev (V çağırış) – 21 aprel 2018-ci il tarixində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.
Cavid Qurbanov (III, IV və V çağırış) – 9 fevral 2015-ci il tarixli sərəncamla “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri təyin edilib.
Mübariz Qurbanlı (I, II, III və IV çağırış) – 21 iyul 2014-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunub. 19 il deputat olub.
Əli Əhmədov – 22 oktyabr 2013-cü ildə Baş nazirin müavini təyin olunub.
Gundelik.az
