Gürcüstanın paytaxtı Tbilisidə prezident iqamətgahına hücumda iştirak edən daha dörd nəfər saxlanılıb.
Gundelik.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, ümumilikdə bu cinayət işi çərçivəsində 22 nəfər həbs edilib, daha 3 nəfər isə axtarışdadır.
Hücumun təşkilatçılarından beş nəfər — opera müğənnisi Paata Burçuladze, keçmiş baş prokuror Murtaz Zodelava, müxalif “Vahid Milli Hərəkat” Partiyasının üzvü İrakli Nadiradze, müxalifət partiyası liderlərindən Amaşşatqeli və istefada olan polkovnik Laşa Beridze barədə məhkəmə həbs qətimkan tədbiri seçib.
Onlar strateji və xüsusi obyektləri ələ keçirməyə və blokadaya almağa cəhd, qrup şəklində zorakılıq təşkil etmək və ona rəhbərlik etmək, konstitusiya quruluşunun dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırışlarda ittiham olunurlar.
Təqsirləndirilən şəxsləri 9 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Növbəti məhkəmə iclası noyabrın 26-na təyin edilib.
Gundelik.az
