İyul 8, 2026
Baku
Tarixdə bu gün

29 Sentyabr – Beynəlxalq Tərcüməçilər Günü, (1991)

Hər il sentyabrın 30-da şifahi və yazılı tərcümə ilə məşğul olanların peşə bayramı Beynəlxalq Tərcüməçilər Günü (International Translation Day) qeyd olunur.

Böyük rus şairi A.S.Puşkin tərcüməçiləri “tərəqqinin poçt atları” adlandırırdı. Babil qülləsinin dağılmasından bəri bütün bəşəriyyətin həyatında tərcüməçilərin rolu hiss olunmasa belə, çox böyük və əhəmiyyətlidir. Axı tərcüməçilər olmasaydı, ədəbiyyatın və kino sənətinin bütün əsərləri, elm və texnikanın nailiyyətləri əlçatmaz olardı, dünyanın müxtəlif ölkələrindən olan insanlar öz aralarında ünsiyyət qura bilməzdilər.

1991-ci ildə tərcüməçilərin də peşə bayramı yaranmışdır. Beynəlxalq Tərcüməçilər Federasiyası (FİT) 30 sentyabrı Beynəlxalq Tərcüməçilər Günü elan etmişdir. FİT 1953-cü ildə Parisdə yaradılmışdır və dünyanın 60-dan çox ölkəsindən 100-dən artıq tərcüməçilər assosiasiyasını birləşdirir. Təşkilatın yaradılmasında məqsəd tərcüməçilər arasında təcrübələrin bölüşülməsi və əlaqələrin möhkəmləndirilməsidir. Bayramın tarixi təsadüfən seçilməmişdir. 420ci il sentyabrın 30-da Bibliyanı latın dilinə tərcümə edən tərcüməçi, tarixçi, yazıçı Müqəddəs İeronim Stridonski vəfat etmişdir.

Beynəlxalq Tərcüməçilər Günü münasibətilə hər il keçirilən konqreslər, konfranslar, seminarlar, “dəyirmi masa”lar və s. müəyyən bir mövzuya həsr olunur.

Gundelik.az