İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Polşa hava məkanını pozan dronları vurdu

Polşa hava məkanını pozan bir neçə pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, obyektlərin vurulması zamanı həm Polşanın, həm də NATO-nun hava hücumundan müdafiə sistemlərindən istifadə olunub.

Polşa hərbi komandanlığının açıqlamasına əsasən, radarlar 10-dan çox uçuş obyektini qeydə alıb və təhlükə yarada biləcək dronlar zərərsizləşdirilib. “Hava məkanımıza daxil olan pilotsuz təyyarələrin bəziləri vurulub. Hazırda həmin obyektlərin mümkün düşdüyü yerlərin müəyyən edilməsi istiqamətində işlər aparılır”, – məlumatda bildirilib.

Bu, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Polşanın öz hava məkanında hava hücumundan müdafiə sistemlərindən ilk dəfə istifadə etməsi kimi qiymətləndirilir.

Polşa ordusu hava məkanının pozulmasını “təcavüz aktı” adlandırıb. Müdafiə naziri Vladislav Kosinyak-Kamyş isə vurğulayıb ki, Polşa təyyarələri düşmən obyektlərinə qarşı silah tətbiq edib və NATO komandanlığı ilə daimi əlaqə saxlayır.

Gundelik.az