Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun nişanlısı Georgina Rodriguez Venesiya Film Festivalının qırmızı xalçasında krujevalı libas və brilyant zinətlərlə diqqət mərkəzinə düşüb.
Gundelik.az xəbər verir ki, 31 yaşlı model tədbir üçün dərin dekolteli qara krujeva paltarı seçib. Onun obrazı iri boyunbağı və brilyant üzük, o cümlədən təxminən 30 karatlıq qiymətli daşla tamamlanıb. Georgina saçlarını topuz formasında yığıb, qara oxlar və çəhrayı dodaqlardan ibarət makiyajla çıxış edib.
Qeyd edək ki, avqustun 11-də Georgina Rodriguez sosial şəbəkədə Ronaldoyla evləndiyini elan edib və üzərində üç daş olan nişan üzüyünü nümayiş etdirib. Zərgər Ajay Ananda görə, üzük təxminən 30 karatlıq D dərəcəli brilyantdan hazırlanıb və dəyəri 5 milyon dollara yaxındır. Digər zərgər Laura Taylor isə mərkəzi daşın çəkisinin 15–20 karat arasında olduğunu və zinət əşyasının 2 milyon dollardan artıq qiymətləndirildiyini bildirib.
Xatırladaq ki, Ronaldo 2025-ci il yanvarın 28-də sosial şəbəkədə paylaşım edərək Corcinanı “həyat yoldaşı” adlandırıb və onun ad gününü təbrik edib.
Gundelik.az
