İyul 8, 2026
Baku
Dünya Xəbərlər

MAQATE İranda fəaliyyətini bərpa edir

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi agentliyin müfəttişlərinin ilk qrupunun İrana gəldiyini və yaxın vaxtlarda fəaliyyətə başlayacağını açıqlayıb.

Bu barədə Gundelik.az agentliyə istinadən xəbər verir.

“MAQATE müfəttişlərinin birinci qrupu İrana qayıdıb və biz işimizi bərpa etməyə hazırlaşırıq”, – Qrossi Fox News telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, hazırda “işin bərpasını asanlaşdıracaq praktiki yolun müəyyən edilməsi” istiqamətində danışıqlar aparılır.

Baş direktor əlavə edib ki, müfəttişlər ilkin mərhələdə bu ilin iyununda İsrail və ABŞ-nin hava zərbələrindən zədələnməmiş obyektlərdə fəaliyyət göstərəcəklər.

Gundelik.az