İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Google” səsli əmrlə foto redaktə funksiyasını təqdim edib

“Made by Google” illik tədbirində şirkət “Google Foto” tətbiqi üçün “Tələblə Edit” adlı yeni funksiyanı təqdim edib.

Gundelik.az-ın “TechCrunch”a istinadən məlumatına görə, bu imkan istifadəçilərə şəkilləri səsli əmrlər və ya mətn təsvirləri vasitəsilə redaktə etməyə şərait yaradır və prosesi daha da sadələşdirir.

Yeni alət təbii dil sorğularını emal etmək üçün Gemini neyron şəbəkəsindən istifadə edir. İstifadəçilər “Arxa fonda olan avtomobilləri sil” kimi konkret tapşırıqlar, eləcə də “Bu köhnə şəkli bərpa et” kimi ümumi göstərişlər verə biləcəklər.
Funksiya foto redaktə sahəsində təcrübəsi olmayan şəxslərə kömək məqsədilə hazırlanıb.

Onun vasitəsilə işıqlandırmanı tənzimləmək, diqqəti yayındıran elementləri silmək, fonu dəyişmək və ya fotoya obyektlər əlavə etmək mümkündür. Məsələn, istifadəçi şəkilə gün eynəyi və ya ziyafət şapkası əlavə edə bilər.

Əlavə olaraq, “Daha yaxşı et” əmri sayəsində tətbiq şəkli avtomatik optimallaşdırır. Sistem həmçinin təkmilləşdirmə tövsiyələri verir və ardıcıl sorğularla dəqiq düzəlişlər etməyə imkan tanıyır.

“Tələblə Edit” funksiyası artıq istifadəyə verilib və yaxın günlərdə Android və iOS cihazlarında mərhələli şəkildə aktivləşdiriləcək.

Gundelik.az