“DxOMark” laboratoriyasının mütəxəssisləri “Google Pixel 10 Pro XL” flaqman smartfonunu sınaqdan keçirib.
Gundelik.az quruma istinadən xəbər verir ki, testlərin nəticəsinə görə cihaz 163 bal toplayaraq ən yaxşı kameralı telefonlar siyahısında dördüncü yerə yüksəlib.
Foto çəkmə üzrə smartfon 165 bal qazanaraq bazarda ən yüksək göstəricilərdən birini əldə edib. Həmçinin ultra geniş kamera və video keyfiyyəti üzrə 145 balla yeni rekord müəyyənləşdirib.
Bununla belə, mütəxəssislər bəzi çatışmazlıqları da qeyd ediblər. Belə ki, statik təsvirlərdə rəqəmsal səs-küy, zəif işıqda detalların azalması, çətin işıqlandırmada isə təsadüfi parıltılar müşahidə olunub.
Ümumilikdə, kamera imkanlarının balansı “Pixel 10 Pro XL”i flaqman seqmentində ən güclü modellərdən birinə çevirir. Reytinqdə smartfon yalnız “Vivo X200 Ultra”, “Oppo Find X8 Pro” və “Huawei Pura 80 Ultra”dan geri qalır.
Gundelik.az
