İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycan qızılı hansı ölkələrdən və neçəyə alır? – SİYAHI

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana 22 ölkədən 3,1 milyard ABŞ dolları dəyərində 32,9 kiloqram qızıl idxal edilib.

Gundelik.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kiloqramının orta idxal qiyməti 95,9 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə Azərbaycana qızıl idxal edən TOP-3 ölkələr sırasına Rusiya, Böyük Britaniya və Avstraliya daxil olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanda qızıl istehsalı 1 601 kiloqram təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 597 kiloqram və ya 59,5% çoxdur. Cari ilin iyul ayının birinə ölkədə hazır qızıl ehtiyatının miqdarı 196,4 kiloqram olub.

Cari ilin ilk 6 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri:

Ölkələr Qızılın həcmi (kq) Qızılın dəyəri (min ABŞ dolları)
Qazaxıstan 2556,83 262172,89
Qırğızıstan 98,76 10589,15
Özbəkistan 1201,83 122234,44
Rusiya 4752,95 439260,21
Amerika Birləşmiş Ştatları 3345,76 340301,79
Avstraliya 3994,61 354724,78
Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı 3778,93 365446,86
Braziliya 1021,46 953118,81
Cənubi Afrika Respublikası 2488,8 263439,04
Çin 1173,72 108207,58
Çinin xüsusi inzibati rayonu Honkonq 184,29 16723,14
Filippin 240,88 24325,53
İsveçrə 1470,02 145035,48
Kanada 1375,07 129773,39
Meksika 2107,72 185463,97
Türkiyə 1115,84 99250,42
Yaponiya 149,89 15586,09
Zimbabve 12,2 1133,44
Almaniya 1062,49 95859,22
İspaniya 502,32 52884,17
İsveç 38,16 4099,74
İtaliya 233,42 24547,26
Rumıniya 13,12 1224,06

Qeyd edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.

Gundelik.az