Meksikanın Tlaxcala əyalətində magistral yolda altı insan başı tapılıb.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hadisə Puebla və Tlaxcala ştatlarının sərhədində baş verib və ilkin araşdırmalar cinayətkar qruplaşmalar arasında hesablaşma ilə bağlıdır. Polis əməkdaşları və Məhkəmə Elmləri İnstitutunun ekspertləri hadisə yerinə gələrək götürmə və ilkin yoxlamalar aparıblar.
Xatırladaq ki, bundan əvvəl ABŞ-də, Corciya ştatının Qlenn qraflığında, 44 il əvvəl itkin düşmüş evli cütlüyə aid olduğu ehtimal edilən insan qalıqları tapılmışdı. Keçmiş neft idarəçisi Çarlz Romer və həyat yoldaşı Ketrin onilliklər əvvəl müəmmalı şəkildə yoxa çıxdıqları zaman mindikləri 1978-ci il Lincoln Continental markalı avtomobil batmış vəziyyətdə gölməçədə aşkar edilib.
Hüquq-mühafizə orqanları güman edirlər ki, cütlük qarət edilə bilərdi, çünki həmin dövrdə Romerin təxminən 81 min dollar dəyərində zinət əşyaları var idi. Bununla yanaşı, hadisənin təsadüfi olması ehtimalı da nəzərdən keçirilir.
Bundan əvvəl Permdə miqrantların taksi sərnişininə hücum etməsi faktı da qeydə alınmışdı.
Gundelik.az
