İyul 8, 2026
Baku
Hüquq Xəbərlər

“İnsan alveri yox, insan hüquqları”! – Sabirabadda marifləndirici tədbir

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” -nin  maliyyə dəstəyi ilə Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyi  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nin  Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzində “İnsan alveri ilə mübarizə insan hüquqlarının müdafiəsidir “ İctimai maarifləndirmə kompaniyasının təşkili  adlı təlim keçirildi.
Təlimi giriş sözü ilə Sabirabad rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorunun səlahiyyətlərini icra edən Şamama Əbilova açdı. Şamama xanım bildirdi ki, belə təlimlərin vətəndaşlar arasında  keçirilməsinə ehtiyac var. Təlim iştirakçılarına uğurlar arzulayaraq fikrini aydınlaşdırdı.
 Sabirabad rayon İcra Hakimiyyətinin nümayəndəsinin  çıxışından sonra layihənin rəhbəri Fariz Əkbərov bildirdi ki, layihənin məqsədi   insan alverinə qarşı mübarizədə ictimaiyyətin rolunu artırmaq, potensial qurbanları xəbərdar etmək, gəncləri maarifləndirmək, qanunvericillyin tələblərini izah etmək, eləcə də, qurbanlara hüquqi və  psixoloji yardımç göstərməkdir.
Layihədə insan alverinin qarşısının alınması üçün hüquqi müdafiə və institusional mexanizmlərlə əlaqədar icmalarda maarifləndirmə işi aparmaqla zorakılıq hallarını azaltmaq, icmanın, müvafiq dövlət orqanlarının, məsul vəzifəli şəxslərin, hüquq-mühafizə orqanlarının erkən aşkarlama və  müdaxilə bacarıqlarını gücləndirməkdir.
Sonra təlimçi Vəkillər Kollegiyasının üzvü vəkil Namiq Həşimov insan alverinin qarşısının alınması məqsədi ilə müvafiq sosial təbəqələr üzrə maarifləndirmə və təbliğat işinin təşkil edilməsi təmin olunur, insan alveri qurbanlarını gözləyən təhlükə, təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumatlandırdı. Tədbirdə iştirak edən hüquqşünas da dəyərli fikirlərini tədbir iştirakçıları ilə bölüşdü.
Təlimdə müxtəlif yaş qrupuna məxsus  40 nəfər vətəndaş  iştirak etdi. İnsan alverinə qarşı mübarizə sahəsində maarifləndirmə işi  aparıldı.
Təlim maraqlı diskusiya və müzakirə formasında başa çatdı.
Gundelik.az