İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Tariflər regionlar üçün internetə əlçatanlıqda müəyyən problemlər yaradıb

Bu gün ölkədə İnternet qiymətlərində “kartel sövdələşməsinin” 1 ili tamam olur. 15 avqust 2024-cü ildə Azərbaycanda dövlət provayderi Aztelekom-un təşəbbüsü ilə bütün provayderlər eyni anda internet qiymətlərində minimal tarifləri qaldırıblar. Həmin dövrədək Aztelekom tarifləri belə olub:

2022-ci ilədək olan dövr:

4 Mb/s – 10 manat

10 Mb/s – 12.5 manat

2022

15 Mbit/s – 15 manat 

30 Mb/s – 18 manat

2023 

40 Mbit/s – 18 manat 

2024, 15 avqust

100 Mbit/s – 25 manat 

O zaman bütün ölkə üzrə keyfiyyətli internetə əlçatanlığın təmin edilməsi kimi uğurlu bir layihədən sonra belə bir qərarın verilməsi həm internet ictimaiyyəti, həm də bəzi dövlət qurumları tərəfindən birmənalı qarşılanmayıb.

Xüsusən də bu tariflər regionlar üçün internetə əlçatanlıqda müəyyən problemlər yaradıb.

Bu qərar ötən il Antiinhisar tərəfindən “kartel sövdələşməsi” və “seçim imkanlarının məhdudlaşdırılması” kimi qiymətləndirilərək araşdrımalara başlanılsa da, hələ də bu araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmayıb.

Tənzimləyici qurum olan İKTA indiyədək də buna münasibət bildirməyib.

Müşahidələr göstərir ki, bəzi özəl provayderlər regionlarda internetdən imtina edənlərə, “şərikli internetə” üstünlük verənlərə aşağı tariflərlə də internet xidməti verməkdə maraqlıdırlar və bəzən də bu addımları atırlar.

Lakin minimal tarifin aşağı salınması üçün güman ki onlar dövlət provayderindən – Aztelekom-dan təşəbbüs gözləyirlər.

Aztelekom RİNN tərkibindən ayrılaraq AZCON Holdinq tabeliyinə veriləndən sonra regionlar üçün daha uyğun tariflərlə bağlı seçim imkanlarının yaradılacağı vəd edilsə də, hələ ki, bu reallaşmayıb.

Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz 

Gundelik.az