İyul 8, 2026
Baku
Siyasət Xəbərlər

Prezident İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Feketeni “Dostluq” ordeni ilə təltif edib.

Gundelik.az-ın məlumatına görə, dövlət başçısının imzaladığı sənəddə qeyd edilib ki, V.Feket Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilir.