İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Niyə bu qədər qızğın bir məqamda məhz “ExxonMobil” və SOCAR memorandumu önə çıxdı? – AÇIQLAMA

ABŞ “ankor” şirkətini öncədən Qafqazda lövbər saldırır. Çünki Cənubi Qafqazda iqtisadi iştirak yalnız diplomatiya ilə yox, real biznes öhdəlikləri ilə bağlanmalıdır.

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

O bildirib ki, “ExxonMobil” həm AÇG-də 6.8 payla, həm də BTC-də 2.5% payla artıq sistem oyunçusudur: “Yeni müqavilə isə bu varlığı növbəti mərhələyə daşıyır. Unutmaq olmaz ki, siyasi risk aşağı düşən kimi regiona ciddi kapital axını olacaqdır. Zəngəzur dəhlizi isə yalnız gediş gəliş yolu deyil. Nəqliyyat, enerji və rəqəmsal kommunikasiya arteriyasıdır. Buna görə də bu saziş ABŞ-ın vasitəçiliyi ilə bu dəhlizin iqtisadi doldurulması üçün “iri oyunçu gəlir” mesajı ola bilər”. 

İqtisadçı xatırladıb ki, hələ iyun ayında açıqlanan ExxonMobil–SOCAR quru (onshore) kəşfiyyat-hasilat razılaşmaları Azərbaycanın hasilatı stabil saxlamaq məqsədini daşıyırdı: “İndi Vaşinqtondakı bu memorandum həmin xəttin siyasi dayağını daha da möhkəmləndirir. 

Eyni zamanda bu dəhliz axı, təkcə Naxçıvanla bağlantı üçün deyil, Orta Asiya çox profilli enerji resurslarının Qafqaz üzərindən ötürülməsini da real edir. Çünki Zəngəzu dəhlizi beynəlmiləşəcək strateji tranzit koridoru olacaq”. 

“Digər bir tərəfdən isə Vaşinqtonda sadəcə sülh sənədi imzalamaq ABŞ üçün adi simvolik olardı. Amma ABŞ Qafqazlarda praktiki iqtisadi iz buraxmaq istəyir. ExxonMobil–SOCAR Memorandumu sülhdən bir gün öncə elan olunmaqla, regional oyunda ABŞ-ın iqtisadi payını rəsmiləşdirən texniki addımdır və Moskva-Tehran xətti üçün dağıdıcı effektdir.

Nəhayət, bu proseslər Bakını sülh sonrası sürət zolağına çıxaran proseslərdir”, – deyə E. Əmirov vurğulayıb.

Gundelik.az