ABŞ İranın əvvəllər tətbiq etdiyi sanksiyalardan yayınmasını asanlaşdırdığı üçün 18 şəxs və təşkilatı sanksiya siyahısına əlavə edib.
Gundelik.az xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi bəyanat yayaraq, İrana qarşı yeni sanksiyalar elan edib.
Bəyanatda deyilir ki, İranın ABŞ sanksiyalarından yayınmasına şərait yaradan 18 şəxs və təşkilat sanksiyalar siyahısına əlavə edilib.
Hədəf edilənlər arasında maliyyə və İT şirkətlərinin də olduğu bildirilən bəyanatda bu təşkilatlardan birinin İran təhlükəsizlik qüvvələrinə ictimai internetə girişi məhdudlaşdırmağa imkan verdiyi deyilir.
Bəyanatda əlavə edilib ki, Birləşmiş Ştatlar İranın sanksiyalardan yan keçmək və qeyri-qanuni yolla əldə edilmiş xarici gəlirləri geri qaytarmaq səylərinə qarşı mübarizə aparacaq.
Gundelik.az
