İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Rusiya məşhur rok qrupunu axtarışa verdi

Ukraynanın məşhur “Nervy” rok qrupu məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, musiqiçilərin 775 min rubl borcu var və bu səbəbdən Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) onlara qarşı icraat başladıb. Qeyd olunur ki, icra işi hələ 2025-ci ilin martında açılıb, lakin bu günə qədər borc ödənilməyib.

Bundan əlavə, 2025-ci ilin mayına olan məlumata görə, “NERVY” MMC-nin vergi borcu da 851 min rubl təşkil edir.
Xatırladaq ki, qrupun bütün üzvləri 2022-ci ildə Rusiyanı tərk ediblər.

Daha əvvəl aktyor Aleksey Çadov da borca görə məhkəmə icraçıları tərəfindən axtarışa verilmişdi.

Gundelik.az