İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Şəmkirdə ağır qəzada ölən 7 nəfərin kimliyi məlum olub – YENİLƏNİB

Şəmkirdə ağır qəzada ölənləri adları məlum olub.

Gundelik.az APA-ya istinadən verir ki, ölənlərin 4-ü kişi, 3-ü qadındır:

– 1992-ci il təvəllüdlü Şadət Bayramov,

– 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,

– 1977-ci il təvəllüdlü Aydın Pənahov,

– 1962-ci il təvəllüdlü Qızxanım Tomayeva,

– 2008-ci il təvəllüdlü Kənan Məmmədov,

– 1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova

– 1966-ci il təvəllüdlü Arif Bağırov.

08:53

Şəmkirdə ağır yol qəzası baş verib.

Gundelik.az “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər Cəyir kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Bakıdan Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun yük maşınına çırpılması nəticəsində 7 nəfər ölüb, bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Gundelik.az