Dünyada aktiv neft və qaz qazma qurğularının sayı iyul ayında ardıcıl ikinci ay artıb.
Bu barədə Gundelik.az Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Baker Hughes” neft-mədən xidmətləri şirkətinə istinadən xəbər verir.
Belə ki, cari ilin iyun ayında 1600-ə qarşı orta hesabla dünya üzrə 1622 qurğu işləyirdi. Eyni zamanda, iyul ayı səviyyəsi 2024-cü ilin eyni ayındakı göstəricidən 92 vahid aşağıdır.
ABŞ-də keçən ay qurğuların sayı iyun ayı ilə müqayisədə 13 vahid azalaraq (541-ə), Kanadada isə 34-ə (167-yə) yüksəlib.
Avropada qazma qurğularının sayı dörd vahid (129-a qədər), Asiya-Sakit okean regionunda üç vahid (207-yə) artıb, Latın Amerikasında isə dəyişməz qalıb (143 ədəd). Bu arada, Afrikada onların sayı bir (101-ə), Yaxın Şərqdə isə beş (334-ə) vahid azalıb.
“Baker Hughes” 1944-cü ildən aktiv qazma qurğuları haqqında məlumatları dərc edir. İlk vaxtlar şirkət yalnız ABŞ və Kanadada məlumat toplayırdı, 1975-ci ildən isə bütün dünya üzrə məlumat toplayır.
Dünya üzrə aktiv neft və qaz qazma qurğularının orta aylıq sayı ardıcıl üç il artımdan sonra 2024-cü ildə əvvəlki 1812-dən 1734-ə düşüb.
İşləyən qazma qurğularının sayı üzrə tarixi maksimum 1981-ci ildə qeydə alınıb – 5624 vahid. Minimum sayı isə 2020-ci ildə qeydə alınıb və 1352 qazma qurğusu təşkil edib.
Gundelik.az
