Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır. Ona görə də bu, bizim müqəddəs borcumuzdur.
Ümummilli lider Heydər Əliyev
Uşaqların zərərli informasiyalardan qorunması cəmiyyətimizdə əsas vəzifələrimizdən biri olub onları uşaqlar üçün nəzərdə tutulmayan informasiyalardan onları qorumaq deməkdir. Zərərli informasiyalar dedikdə uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalar və müəyyən yaş qrupuna aid olan uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar nəzərdə tutulur. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara isə zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar məzmunlu informasiyalar aid edilir.
Uşaqların mənəvi inkişafı, zəngin dünyagörüşlü olması üçün onları düzgün məlumatlarla istiqamətləndirmək lazımdır. Uşaqların zərərli informasiyadan qorunmasının əsas prinsiplərinə məlumat əldə etdikləri zaman mənafelərinin üstün tutulması, onların hüquq və azadlıqlarının təmin olunması, onların həyat və sağlamlığı üçün təhlükəsiz olan, hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsulları, zorakılığın, qəddarlığın, narkotik vasitələrin və psixotrop maddələrin, alkoqollu içkilərin və tütün məmulatlarının, cəmiyyət əleyhinə mənfi davranışı təbliğ edən informasiyanın təbliğinin yolverilməzliyi aid edilir. Zərərli informasiya məhsullarının dövriyyəyə daxil edilməsinin, o cümlədən informasiya texnologiyalarından istifadə etməklə uşaqlara qarşı törədilən hüquqpozmaların qarşısının alınması və uşaqların zərərli informasiyadan qorunması sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi uşaqlarımızn zərərli informasiyalardan qorunmasının əsas prinsiplərindəndir.
Azərbaycanda yaş təsnifatının aparılması məqsədi ilə informasiya məhsulunun ekspertizasının hansı formada keçiriləcəyi ilə bağlı tələblər və şərtlər Milli Məclisdə I oxunuşda qəbul edilən “Uşaqların zərərli informasiyadan qorunması” haqqında qanun layihəsində öz əksini tapmışdır.
Qeyd edək ki, informasiya məhsulları dedikdə ölkə ərazisində dövriyyə və istehlak üçün nəzərdə tutulan kütləvi informasiya vasitələri məhsulları, audiovizual məhsullar, kompüter və digər elektron oyunlar, habelə mədəni-kütləvi tədbirlər və telekommunikasiya şəbəkəsi vasitəsilə yayımlanan digər informasiya məhsulları başa düşülür. Bu gün texnika və texnologiya inkişaf etdikcə, uşaqlar üçün yeni təhlükələr, təhdidlər, risklər ortaya çıxır. Qanunda göstərirki, məlumatların zərərliliyi nəzərə alınaraq, onların televiziyada, radioda, internet mediasında verilmə saatlarına nəzarət etmək lazımdır. Bu nəzarəti evdə valideynlər, müəllimlər, oyunzallarında nəzarətçilərdə aparmalıdır. Zərərlilik səviyyəsinə görədə, müxtəlif kateqoriyalara bölünən informasiyalara kateqoriyalar əsasında uşaqlara əlçatanlığı müəyyən edilir. Son dövrlərdə cizgi filmlərinin, kinoların çəkilişinin artdığı vaxtda gənclərimz kinoteatrlarda, müxtəlif film mərkəzlərində bu kinoları izləyirlər. Bu filmlərin nümayişi zamanı hansı yaşda uşaqların baxa bilməsinə icazə verildiyi qeyd edilməlidir. Çəkilən kinoların hamısında onların hansı yaşa aid oduğu (6+, 12+, 18+) filmin əvvəlində anons edilir. Bu vəzifələrin həyata keçirilməsi üçün təkcə qanun və qanundan irəli gələn tələblər yox, vətəndaş nəzarəti, xüsusilə də valideynlərin bu məsələdə maarifləndirilməsinə böyük ehtiyac var. Hər bir uşaqlarının qayğısına qalmağa və onları tərbiyə etməyə borclu olan valideyn, valideynlik hüquqlarını həyata keçirərkən uşaqların düzgün mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirmədən,onların informasiya almaq hüququ olduğunu nəzərə alaraq onları tərbiyə etməlidir.
Nə qədər olmasadaYüksək texnologiyaların inkişafı nəticəsində hər bir kəsin həyatının ayrılmaz hissəsinə çevrilən internetdən. hazırda böyüklər qədər uşaqlar da, istifadə edirlər.
Cəmiyyətdə yer alan bütün zərərli informasiyalar cəmiyyət üzvləri ilə yanaşı uşaqlara da ciddi zərər verir, ilk növbədə, uşaqların şüurunu zədələyir. Uşaqların nəzarətsiz olaraq kompüter və smartfonlardan, internet informasiya resurslarından istifadəsi onların yaş xüsusiyyətlərinə, psixologiyasına uyğun olmayan informasiyalarla yüklənməsi onları bir çox təhlükələrlə qarşı-qarşıya qoya bilir. Valideynlərin övladlarını bu təhlükələrdən qorumaları isə onların başlıca valideynlik borcu, valideynlik məramı hesab edilir. Valideynlər hər bir övladının yaşına uyğun informasiya əldə etmək hüququ olduğundan onların bu ixtiyarını əlindən almadan zərərli informasiyalardan qorumalıdır. Bu işdə valideynlərlə yanaşı kütləvi olaraq cəmiyyət öz səyini göstərməlidir
Dövlətimiz tərəfindən uşaqlara qayğının hər zaman hiss edildiyi bir dövrdə 2020-ci il yanvarın 1-dən qüvvədə olan “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən bir qanundur.
Bu, günümüzdə heç kəsi, o cümlədən uşaqları məcbur edə bilmərik ki, bu qədər geniş yayılan sosial şəbəkələrə biganə qalsınlar. Bundan yeganə çıxış yolu uşaqların düzgün informasiyaları ayrıd edə bilməsinə kömək etməkdir. Onları qorumaq üçün sosial şəbəkələrdə lazımsız məlumatları təbliğ edən informasiya axınının qarşısını cəmiyyət olaraq almaq lazımdır. Gəlin bunun qarşısını alan qeyd etdiyimiz qanunun tələblərinə və mahiyyətinə birlikdə nəzər salaq. Qanunvericiliyin tələbinə əsasən uşaqların informasiya əldə etməsi, onların əldə olunması qanunla məhdudlaşdırılmayan informasiyanı, o cümlədən informasiya məhsulunu əldə edib ondan istifadə imkanıdır. Qanunvericilikdə informasiya məhsullarının yaş kateqoriyası və yaş təsnifatı da öz əksini tapmışdır. Hansıki, uşaqlar üçün nəzərdə tutulmuş informasiya məhsullarına mövzusuna, məzmununa və tərtibatına görə əsasən, yetkinlik yaşına çatmayanlara aid edilən informasiya məhsulları da daxildir. Ona görə ki, belə məlumatlar əldə etmək uşaqlarda cinayət törətmək həvəsi oyadır, cinayətkar mühiti, o cümlədən cinayətləri və cinayətkarları, kriminal norma və dəyərləri atributlarını və simvollarını müsbət mənada təqdim və təbliğ edir, uşaqlarda davamlı qorxu, təlaş, yaxud dəhşət hissi yaradıb, uydurma məxluqların dəhşətli görüntüləri və ya təsviri, də, intiharı o cümlədən intihara cəhdi, bədbəxt hadisələri, qəzaları təbliğ edir. Bunun üçün müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan informasiyalar vardır ki, bunlar zorakılığı və qəddarlığı nümayiş edən informasiyalar hesab edilir. Uşaqlar arasında dövriyyəsi
qadağan edilən və ya məhdudlaşdırılan informasiyanın istehsalçısı və yayıcısı qeyd olunan qanunda müəyyən edilmiş qaydalara riayət etməyə borcludur. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.
Bu gün hər bir valideyn uşaqların zərərli informasiyalardan qorunması üçün müqəddəs valideynlik borcunu vicdanla yerinə yetirməli, öz övladlarının altşüuruna hansı informasiya ötürülməsinin fərqində olmalıdır. Sosioloqlar qeyd edirlər ki, uşaqlar valideyinlərinin köməklikləri ilə zərərli informasiyalardan asılı vəziyyətə düşməməlidirlər.
Düzgün həyat tərzinin formalaşmasında yeniyetmələrin informasiyaları doğru olanını qəbul etməsinin rolu danılmazdır. Müəyyən yaşdan sonra hər bir gəncin sağlam həyat tərzi müəyyən vərdişlər ilə onun şəxsi seçimidir. Vərdiş – insan daimi bu işi həyata keçirmə tələbatındadır və onsuz keçinə bilmir, asılılıq çox möhkəm olur, ondan xilas olmaq çətin olur. Zərərli vərdişlər isə insan sağlamlığına zərər vurur və ona məqsədlərini həyata keçirməyə, həyat ərzində öz imkanlarını tam istifadə etməyə mane olur və imtina edilməyən bir vərdişlərə çevrilir.
Uşaqların zərərli vərdişlərə gətirib çıxaran düzgün olmayan məlumatlardan çəkinməsi üçün onlarla hər kəs elə danışmalıdır ki, onları dinləsinlər. Onlara doğrunun, düzgünün nə olduğunu dedikdə anlayışlı olsunlar. İstər müsbət, istərsə də mənfi vərdişlər uşaqlıqda deyil sonradan qazanılan bir hissdir. Lakin informasiya azadlığı cəmiyyətin təməl daşı olduğu üçün müvafiq informasiyaya malik olmadan, insan nə oxuya, nə işləyə, nə siyasi həyatda iştirak edə, nə də ki, ümumiyyətlə öz haqlarını qoruya və müdafiə edə biər. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Yaranan informasiya mənbələrinin çoxluğu uşaqların davranışına, psixologiyasına və sağlamlığına ciddi zərər vurur ki, informasiya ilə həddən çox yüklənən uşaqlar doğru informasiya seçimi edə bilmədikdə problemlərə gətirib çıxarır.
Uşaqların beyini bir neçə mənbədən qəbul etdikləri informasiyaların düzgünlüyünününfərqinə vara bilmədiklərini nəzərə alsaq valideyinlər onları internetdən istifadə zamanı əldə etdikləri məlumat mənbələrinə görə nəzarətdə saxlamalıdırlar. Uşaqların texnologiyalara asılılığını vərdiş kimi görməmək üçün, onların ekran aludəçisi olmaması üçün ekrandan bəzən uzaqlaşdırmalıdırlar. Çünki onların sağlam münasibətlər qura bilməsi, düzgün düşüncə sahibi olması üçün düzgün informasiya lazımdır. Düzgün informasiya isə gələcəkdə sağlam vətəndaş deməkdir.
Qeyd etdiyimiz kimi uşaqlara düzgün olmayan informasiyaların təbliği nəticəsində onların zərərli qidalara meyilliliyi də əmələ gəlir. Aparılan sınaqlar göstərib ki, televizor seyr edərkən insanların 40-44%-i daha çox qida yeyir. Sağlam ömür yaşamaq üçün bunun tam əksinə, diqqətimizi televiziyadakı məlumat xarakterli verilişlərə, reklamlara yox, yediklərimizin dadına yönəltsək, daha çox xeyir görərik. Reklam xarakterli ziyanlı yeyəcəklər, məlumatlar isə insanda daha çox piylənməyə meyillilik yaradır, sağlamlığa ziyan vurur. Uşaqların çox vaxt nəzarətsiz informasiya bolluğu içərisində olduğuna görədə piylənmə bütün dünyada yayılmış xəstəliyə çevrilmək üzrədir. Bu problem enerji qəbulunun artması və enerji xərcinin azalması ilə əlaqəli olaraq maddələr mübadiləsinin pozulmasından irəli gəlir.
Alim Kankel Strasburq tərəfindən edilən araşdırmaların nəticəsinə görə səkkiz yaşdan aşağı uşaqlar ekranda gördükləri reklamları düzgün dərk etməyə aciz olduqları üçün zərərli qidaların fərqinə varmırlar. Amerika Pediatriya Akademiyasının 2006-cı ildə bəyənatına görə isə hər il 40.000-dən çox uşaq reklamların mənfi təsirinə məruz qalır ki, bu da onlarda piylənməyə, yaxşı qidalanmamağa, gələcəkdə pis vərdişlərə gətirib çıxardır. Belə reklamlara uşaqlara maraqlı olan təkcə mavi ekranlarda deyil, saytlarda, müxtəlif oyunlarda belə tətbiqlərdə, uşaqların getdiyi gəzintilərdə rast gəlmək olar. Hətta onlarla gəzintiyə çıxan rastlaşdıqları zaman qurulmuş zərərli reklam plakatları belə onlara təsir edə bilər. Bu baxımdan uşaqların informasiya əldə etmədə doğru seçim etməsinə kömək etməliyik.
Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır. Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir. Ölkə Konstitusiyasına uyğun olaraq hər kəs kimi uşaqların da yaşına uyğun informasiya əldə etmək hüququ mövcuddur. Bəs uşaqların bu hüquqlarını pozmadan onları zərərli informasiyalardan necə qorumaq olar? Qeyd etmək lazımdır ki, uşaqların zərərli informasiyadan qorunması ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 30 oktyabr 2018-ci il tarixdə qəbul edilmiş və 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanuna əsasən tənzimlənir. Ölkəmizdə uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığı, sağlam düşüncə tərzi, təhsili prioritet məsələlərdəndir: “Buna görə hətta “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunda qəbul olunub. Amma buna baxmayaraq uşaqlar demək olar ki hər addım başı zərərli, yaş hədlərinə və psixologiyalarına uyğun olmayan informasiyalar ilə qarşılaşırlar. Hesab edilir ki, uşaqlar arasında xoşagəlməz hadisələrin aradan qaldırılması vəonların fiziki inkişafı üçün uşaqların kütləvi şəkildə idmana cəlb edilməsi vacibdir. Əgər valideynlər övladlarına mobil telefonlar, planşetlər alıb verirlərsə, onlara qadağan edici və məhdudlaşdırıcı proqramlar yükləməlidirlər. Çünki azyaşlı şagirdlər mobil telefon və planşetlərdən istifadə edərək saytlardan zərərli informasiyalar əldə edirlər. Bu da sonradan təhlükəli fəsadların törənməsinə zəmin yaradır və uşaqların mənəvi inkişafına zərbə vurur. İnternetdə zərərli informasiya: İnsan informasiyanı öz duyğu orqanları – gözləri, qulaqları, ağzı, burnu və dərisi vasitəsilə alır. Ona görə də aldığımız informasiyanı aşağıdakı növlərə ayırmaq olar:
1. görmə informasiyası (vizual informasiya) gözlər vasitəsilə daxil olur.
Müxtəlif qiymətləndirmələrə görə, bu növ informasiya aldığımız bütün informasiyanın 80–90%ni təşkil edir;
2. səs informasiyası (audial informasiya) qulaqlar vasitəsilə qəbul olunur;
3. dad informasiyası dil vasitəsilə daxil olur;
4. qoxu informasiyası burun vasitəsilə alınır;
5. taktil informasiya dəri vasitəsilə alınır. İnformasiya maddi dünyanın obyektləri və hadisələri haqqında bizlərə bilgi verir.
Başqa tərəfdən isə onlar insan təfəkkürünün xüsusiyyətləri ilə bağlı olan məntiqi, qeyrimaddi təbiətə malikdir, çünki eyni bir informasiya obyektini müxtəlif insanlar müxtəlif cür qəbul edə bilər. İnsanın aldığı informasiya onun əvvəlki həyat təcrübəsindən və ilkin biliklərindən, informasiya alarkən istifadə etdiyi alət və vasitələrdən asılı olur. Övladlarımızın gününün çox hissəsini məktəbdə keçirdiyini nəzərə alsaq, məktəblərin internet çıxışlarına filtirizasiya serverləri, proqramları qurmaq, uşaqları zərərli informasiyalardan qorumaq yolunda ilk addımlardan biridir. Biz internet istifadəçiləri internet təhlükəsizliyi ilə bağlı nə bilirik? Valideyn olaraq uşaqlarımızı virtual təhlükədən qorumaqla bağlı nə qədər məlumatlıyıq?
Bu məsələni araşdıranda məlum olur ki, böyük əməliyyat sistemlərinin və antivirus proqramlarının “Valideyn nəzarəti” adlanan funksiyaları varmış. Bunun üçün aidiyyəti qurumlar internet təhlükəsizliyi ilə bağlı müəyyən müəssisələrdə, maarifləndirmə aparılmalıdırlar, məktəblərdə, idarə və təşkilatlarda, mediada, televiziyada, mümkün olan hər yerdə, valideynlərə məlumat verilməlidir.
Media və uşaq hüquqları:
Uşaqlar daima inkişafda olan, sürətlə böyüyən, sabahın həqiqi sahibləridirlər. Eyni zamanda cəmiyyətin qayğıya, sevgiyə ehtiyacı olan həssas nümayəndələridirlər.Bu mənada gələcək cəmiyyətimizin necə olması bugunkü uşaqların düzgün yetişdirilməsindən asılıdır. Bunun üçün hərtərəfli nkişaf, onların keyfiyyətli təhsili, müasir tələblərə cavab verən diqqət, qayğı, vacibdir.Yaşadığımız dünyada informasiya bolluğunun çox olması, komunikasiya texnologiyalarının həyatımıza nüfuz etməsi xüsusilə onlayn medianın və internetin sürətlə inkişaf etməsi uşaqları zərərli informasiyalardan, foto və video görüntülərin mənfi təsirlərindən qorumağı olduqca çətinləşdirir. Rəqəmsal texnologiyalar həyatımıza geniş şəkildə daxil olsada özü ilə cəmiyyətimizə risklərdə gətirir. Bugün deyəbilərikki, hər birgənc aldığı hər bir məlumat, oxuduğu yeni bədii əsər, yaxud baxdığı hər hansı film xoşuna gələrsə, həmin əsərin müəllifi və ya filmin rejissorunun kimliyi ilə maraqlanmalı, onun həyat və yaradıcılığı haqqında informasiya toplamağa çalışmalıdır. Hər bir aldığı informasiya, oxuduğu əsər barədə təəssüratlarını bölüşməli aldığı informasiyanı ötürməlidir. Onlar oxuduqları, baxdıqları eşitdikləri, gördükləri haqqında təəssüratları və düşüncələrini əsasında öz doğru nəticələrini çıxarmalıdır.
Nərgiz Məcidova
Metodist
Gundelik.az
