İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Aİ müdafiə investisiyaları üçün 127 milyard avro kredit istəyib

Avropa Komissiyası (AK) çərşənbə günü bildirib ki, Avropa İttifaqna (Aİ) üzv 18 ölkə birgə müdafiə investisiya proqramı (SAFE, Avropa üçün Təhlükəsizlik Fəaliyyəti) çərçivəsində ən azı 127 milyard avro tələb edib.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə AMüdafiə üzrə komissarı Andrius Kubilius bildirib.

“Ən azı 127 milyard avro dəyərində potensial müdafiə satınalmalarını təmsil edən SAFE-yə güclü maraq Aİ-nin təhlükəsizlik və müdafiə sahəsində birliyini və ambisiyasını nümayiş etdirir. Biz Aİ ölkələrinin Avropa təhlükəsizliyini gücləndirmək səylərində dəstəklənməsinə sadiqik”, – Müdafiə üzrə komissarı Andrius Kubilius deyib.

Nəşr olunmuş məlumatda Avropa Komissiyası Belçika, Bolqarıstan, Çexiya, Estoniya, Yunanıstan, İspaniya, Fransa, Xorvatiya, İtaliya, Kipr, Latviya, Litva, Macarıstan, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya və Finlandiyanın SAFE aləti çərçivəsində kreditlərin alınmasına göstərdiyi marağı alqışlayıb.

Sənəddə deyilir ki, SAFE-nin 150 milyard avroya qədər investisiya cəlb edəcəyi gözlənilir.

AK kommünikesində həmçinin qeyd edilir ki, Aİ ölkələrinin göstərdiyi maraq Avropa Komissiyasına tələbi qiymətləndirməyə və kapital bazarlarında vəsait cəlb etməyə hazırlaşmağa imkan verəcək. SAFE çərçivəsində rəsmi müraciətlər üçün son tarix 30 noyabr 2025-ci ildir.

Brüssel xatırladıb ki, SAFE müdafiə, ikili istifadə infrastrukturu, kiber imkanlar və strateji təchizat zəncirləri kimi sahələrdə investisiyaları dəstəkləyən Aİ alətidir.

Gundelik.az