İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyədə ata miras davası zamanı oğullarını güllələyib

Türkiyədə 69 yaşlı kişi vərəsəlik mübahisəsi zəminində oğullarını güllələyib.

Bu barədə Gundelik.az “Habertürk”ə istinadən xəbər verir.

Hadisə Seyhan rayonunda baş verib. Ata oğulları 42 yaşlı Nihat və 34 yaşlı Məsuta atəş açıb. Hadisə şahidlərinin sözlərinə görə, münaqişə miras mübahisəsi zəminində baş verib.

Çəkilişdən sonra kişinin aqressiv hərəkətlərini davam etdirərək oğullarını təpiklə vurması müşahidə kameraları tərəfindən lentə alınıb. Zərərçəkənlər dərhal tibb müəssisəsinə aparılıb. Həkimlərin səyinə baxmayaraq Nihat aldığı xəsarətlərdən dünyasını dəyişib, Məsut isə əməliyyat olunaraq reanimasiyaya yerləşdirilib.

Həmin şəxs evinin yaxınlığında saxlanılıb və dindirildikdən sonra həbs edilib. Hazırda hüquq-mühafizə orqanları hadisə yerindən qaçan daha bir şəxsi axtarır.

Gundelik.az