Ukrayna və ABŞ hərbi sahədə yeni mühüm layihələr hazırlayır.
Gundelik.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal ABŞ-nin Ukraynadakı müvəqqəti işlər vəkili Culi Devis və amerikalı generallarla görüşdən sonra özünün “Telegram” kanalında bildirib.
“Biz yeni mühüm layihələr hazırlayırıq”, – deyə o yazıb.
Şmıxal, həmçinin ABŞ və ölkə prezidenti Donald Trampa Kiyevə fövqəladə dəstək səviyyəsinə və “Patriot” sistemləri və digər uzaqmənzilli silahların çatdırılması barədə açıqlamaya görə təşəkkür edib.
Gundelik.az
