İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyədə neft quyusunda partlayış: 7 yaralı var

Türkiyənin Diyarbəkir-Batman avtomobil yolu hissəsində yerləşən TPAO-ya məxsus “Üçtəpə-1” qazma quyusunda naməlum səbəbdən partlayış baş verib.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, partlayış nəticəsində 2-si ağır olmaqla 7 işçi yaralanıb.

Xəbərin ardından hadisə yerinə sağlamlıq, xilasetmə və jandarma qrupları sövq edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra müalicə olunmaq üçün şəhərdəki xəstəxanalara aparılıb. 

Partlayışdan sonra başlayan yanğın yanğınsöndürənlərin müdaxiləsi ilə nəzarət altına alınıb.

İlkin məlumata görə, partlayışın qazın sıxılması nəticəsində baş verdiyi bildirilir.

Gundelik.az