İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı SAXLANILDI

Lənkəranda dövlət sərhədini pozmağa cəhd göstərən şəxs saxlanılıb.

Bu barədə Gundelik.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

“İyulun 22-də Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İraq vətəndaşı – Savfan Məhəmməd Əsəd saxlanılıb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, – məlumatda qeyd edilib.

Gundelik.az