ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsinə (NNSA) haker hücum edilib.
Bu barədə Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir.
Mövcud məlumata görə, hakerlər məxfi məlumatlara giriş əldə edə bilməyiblər. ABŞ Energetika Nazirliyi haker hücumunun departamentə minimal təsir göstərdiyini və hazırda mütəxəssislərin təsirlənmiş sistemləri bərpa etdiyini bildirib.
“Bloomberg”in məlumatına görə, hakerlər həmçinin ABŞ Təhsil Nazirliyinə, bir sıra dövlət səviyyəli agentliklərə və Avropa və Yaxın Şərq hökumətlərinə məxsus sistemlərə ziyan vurublar.
“Microsoft” hücumların Çinlə əlaqəli olduğu iddia edilən “Linen Typhoon” və “Violet Typhoon” qrupları tərəfindən həyata keçirilə biləcəyini söyləyib.
İyulun 21-də “Microsoft”un “SharePoint” proqramındakı boşluq səbəbindən ABŞ dövlət qurumlarına və Amerika şirkətlərinə qarşı kiberhücumun həyata keçirildiyi bildirilib.
Bundan əvvəl Çin serverinin “Microsoft”a haker hücumunda iştirak etdiyi barədə məlumat verilmişdi.
Gundelik.az
