Bakı, Azərbaycan – Tibb sahəsində sürətlə inkişaf edən texnologiyalarla paralel olaraq, İnvaziv Radiologiya da müasir diaqnostika və minimal invaziv müalicə metodları ilə xəstələrə effektiv və az riskli həllər təqdim edir. Bu sahənin peşəkar nümayəndələrindən biri olan Dr. Pakizə Rəcəbova yüksək ixtisaslı invaziv radioloq olaraq pasiyentlərin daha az ağrı ilə, daha qısa zamanda müalicəsinə töhfə verir.
Dr. Pakizə Rəcəbova hazırda ALMAN CƏRRAHİ VƏ LAZER MƏRKƏZİNDƏ fəaliyyət göstərir və müxtəlif minimal invaziv prosedurları – angioplastika, biopsiyalar, damar tıxanıqlıqlarının aradan qaldırılması, ablasiya və drenaj yerləşdirmə kimi prosedurları uğurla həyata keçirir. Onun rəhbərliyi altında həyata keçirilən müdaxilələr ənənəvi cərrahi əməliyyatlara alternativ olaraq, xəstələrin hospitalda qalma müddətini və sağalma prosesini əhəmiyyətli dərəcədə azaldır.
“Məqsədimiz xəstəyə ən az invaziv müdaxilə ilə maksimum nəticə təqdim etməkdir. Bu sahə həm texnologiyanı, həm tibbi bilikləri birləşdirərək pasiyentə fərdi yanaşma imkanı yaradır,” – deyə Dr. Pakizə Rəcəbova qeyd edir.
Dr.Pakizə Rəcəbova həmçinin ölkədə invaziv radiologiyanın inkişafı üçün müxtəlif elmi tədbirlərdə iştirak edir, tibbi təlimlər verir və gənc mütəxəssislərin yetişdirilməsinə dəstək göstərir. Onun tibb sahəsində apardığı araşdırmalar və tətbiq etdiyi yenilikçi prosedurlar Azərbaycan səhiyyəsinin beynəlxalq səviyyəyə çıxmasına töhfə verir.
Əlavə məlumat üçün:
Əlaqə nömrəsi:
+994 998 88 66 28
+994 50 412 05 04
Gundelik.az
