İyul 8, 2026
Baku
Dünya Xəbərlər

“Nvidia” Çinə süni intellekt çipləri satışını bərpa edir

“Nvidia” Vaşinqtondan təsdiqlənəcəyinə dair zəmanət alaraq Çinə H20 süni intellekt çiplərinin tədarükünü bərpa etməyi planlaşdırır.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının əvvəlki mövqeyindən kəskin dəyişiklikdir.
“Nvidia”nın baş icraçı direktoru Yensen Huang bir neçə gün əvvəl Ağ Evdə Tramp və administrasiyasının rəsmiləri ilə görüşüb.

“ABŞ səlahiyyətliləri “Nvidia”nı H20 üçün ixrac lisenziyasının veriləcəyinə inandırdılar və şirkət tezliklə bu çipləri göndərməyə başlamağa ümid edir”, – “Nvidia”nın bəyanatında bildirilib.

Şirkət əvvəllər Vaşinqtonun ABŞ-yə yarımkeçirici komponentlərin tədarükünə tətbiq etdiyi məhdudiyyətləri nəzərə alaraq Çin bazarı üçün süni intellekt çiplərinin ixtisaslaşdırılmış versiyasını yaradıb. Lakin aprel ayında Amerika hakimiyyəti “Nvidia”ya xüsusi icazə olmadan bu çipləri Çinə satmağı qadağan edib.

Nvidia rəhbəri şirkətin Çin bazarı üçün yeni süni intellekt çipinin hazırlanmasını elan edib və onun sözlərinə görə, istehsalın avtomatlaşdırılması və logistika üçün faydalı olacaq.

“The Wall Street Journal” məlumatlı mənbələrə istinadən xəbər verir ki, çip “Nvidia”nın qabaqcıl “Blackwell” arxitekturasına əsaslanır, lakin onun bəzi xüsusiyyətləri ABŞ-nin Çinə texnologiya ixracına tətbiq etdiyi cari məhdudiyyətləri əks etdirmək üçün azaldılıb.

Mənbələr bildiriblər ki, ABŞ-nin “Nvidia”nın Çinə H20 çiplərini tədarük etməsinə icazə vermək qərarı Pekin tərəfindən ticarət danışıqlarında xoşməramlı jest kimi qiymətləndirilib.

Gundelik.az