Laçın rayonunun Pircahan kəndi layihələndiriləcək.
Gundelik.az-ın məlumatına görə, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə başlayıb.
Dövlət xidməti layihələndirmə işlərini “Azərinşaatlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və müqavilə bağlayıb.
Mqaviləyə əsasən, instituta 1 399 025 manat ödənilib.
Kəndin layihələndirilməsinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.
Pircahan kəndi 1993-cü ildə erməni qüvvələri tərəfindən işğal olunub, əhalisi məcburi köçkün düşüb. Ardınca artsaxın (Kaşataq mahalı) tərkibinə daxil olub və adı “Goghtanik” olaraq istifadə olunub.
1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri kəndi nəzarətə alıb.
Gundelik.az
