Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 1,812 milyard manat sərf olunub.
Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,3% çoxdur.
Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 22,5%-ə bərabər olub.
Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 1,333 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nəzərən 51,9% artım deməkdir.
Dövr ərzində mənzil tikintisi üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 16,5%-ə bərabər olub.
Gundelik.az
