Gundelik.az Xəbərlər İqtisadiyyat Azərbaycanda tikinti sektoruna investisiya qoyuluşu 2 milyard manata yaxınlaşır
İqtisadiyyat Xəbərlər

Azərbaycanda tikinti sektoruna investisiya qoyuluşu 2 milyard manata yaxınlaşır

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyalardan tikinti sektoruna 1,812 milyard manat sərf olunub.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,3% çoxdur.

Sözügedən sahə üzrə əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 22,5%-ə bərabər olub.

Hesabat dövründə tikinti sektoruna yatırılmış investisiyanın 1,333 milyard manatı mənzil tikintisinə yönəldilib ki, bu da 2024-cü ilin ilk 6 ayındakı göstəriciyə nəzərən 51,9% artım deməkdir.

Dövr ərzində mənzil tikintisi üzrə  əsas kapitala yönəldilmiş investisiyaların yekunda xüsusi çəkisi 16,5%-ə bərabər olub.

Gundelik.az

Exit mobile version