Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evləri təmir olunacaq.
Gundelik.az-ın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti bununla bağlı müvafiq işlərə başlayıb.
Qurum hazırda mənzilləri təmir edəcək şirkət axtarışındadır.
Eyni zamanda qurum sözügedən işlərin 285 538 manata başa gələcəyini proqnozlaşdırıb.
Gundelik.az
